Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Heydər Əliyev və ev muzeyləri” mövzusunda respublika elmi konfransı keçiriləcək
09.03.2023 09:45
  • A-
  • A
  • A+

“Heydər Əliyev və ev muzeyləri” mövzusunda respublika elmi konfransı keçiriləcək

8 may 2023-cü il tarixində Hüseyn Cavidin Ev Muzeyi və Abdulla Şaiqin Ev-Muzeyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev və ev muzeyləri” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Konfransda iştirak etmək istəyənlər məruzələrini (4-6 səhifə həcmində) 31 mart 2023-cü il tarixinə qədər h.cavid.konfrans@gmail.com elektron poçt ünvanına göndərməlidirlər. Konfrans materiallarının ayrıca toplu şəklində nəşri nəzərdə tutulur.

Hər bir məruzə mətnindən sonra ingilis dilində xülasə verilməlidir. Təşkilat komitəsi məruzələrin seçilməsi, mətndə düzəlişlərin edilməsi və məruzələrin geri qaytarılması hüququna malikdir.

Qeyd edək ki, konfrans Azərbaycanda fəaliyyət göstərən ev və xatirə muzeylərinin əməkdaşları və digər arzu edənlərin məruzələri ilə təmsil olunması üçün nəzərdə tutulub.

Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 26

Tel.: (+994 12) 492 06 57

E-mail: h.cavid.konfrans@gmail.com

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: