Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb
31.03.2023 11:42
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Məsim Məmmədovu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul etməsinə dair və Prezidentin Mətbuat Xidmətinin məlumatı yer alıb.

Bundan əlavə, AMEA-nın rəhbərliyinin Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etməsi, Elm gününə həsr olunmuş “Azərbaycan Milli Elmlər Akademiyası: yeni mərhələ və müasir vəzifələr” mövzusunda tədbir, dünyanın aparıcı elmi qurumlarının rəhbərlərinin Elm Günü ilə əlaqədar akademik İsa Həbibbəyliyə ünvanladıqları təbrik məktubları, “Dördüncü sənaye inqilabı, süni intellekt və rəqəmsal sosiologiya” mövzusunda elmi konfrans, AMEA-nın Avrasiya Universitetlər Birliyinə (EURAS) rəsmi üzvlüyə qəbul edilməsi, “Soyqırımı gerçəklərinin tarixi aspektləri ədəbi mətnlərdə”, “Qədim Azərbaycanda Ay məbədi”, “1918-ci ildə Cənubi Azərbaycanın qərb bölgəsində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı” sərlövhəli məqalələr, müsabiqə, yeni nəşrlər və s. informasiyalarla tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: