Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti sayı çap olunub
07.04.2023 14:45
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti sayı çap olunub

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Tacikistana dövlət səfərinə dair məlumat yer alıb.

Bundan əlavə, AMEA-da akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş elmi konfrans, Akademiyanın elmi tədqiqat müəssisələrində elektron xidmətlər şəbəkəsinin yaradılmasına həsr olunmuş müşavirə, AMEA-da doktoranturaya sənəd qəbulunun elektronlaşdırılması mövzusunda tədbir, Geologiya və Geofizika İnstitutunun Elmi şurasının iclası, Ulu Öndərin ekologiya haqqında müdrik fikirləri, yeni nəşrlər, elanlar və s. informasiyalarla tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: