Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin yeni sayı işıq üzü görüb
09.06.2023 15:00
  • A-
  • A
  • A+

“Elm” qəzetinin yeni sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı nəşr edilib.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlaması mərasimində iştirakına dair məlumat yer alıb.

Bundan əlavə, “Heydər Əliyevin dövlətçilik siyasəti və müasirlik”, “Heydər Əliyev və Azərbaycan-Pakistan münasibətləri”, “Heydər Əliyev və Azərbaycan elmi”, “Seysmologiya və mühəndis seysmologiyası” mövzusunda konfranslar, AMEA prezidenti İsa Həbibbəylinin TÜBİTAK-ın rəhbəri, professor Hasan Mandalla görüşü, Azərbaycan Milli Kitabxanasının nəşr etdiyi biblioqrafik göstəricilərin Ədəbiyyat İnstitutuna təqdim olunması, Xalq yazıçısı Anarla görüş, AMEA-nın müxbir üzvü Zöhrab Vəliyevin 70 illik yubileyinə həsr olunmuş tədbir, “AMEA Tarix İnstitutu: tarixi tədqiqatların reallıqları və perspektivləri”, “Zəlzələlərin mənşə problemləri və onların Yer kürəsinin qlobal gərginlik sistemi ilə bağlılığı” sərlövhəli məqalələr, yeni nəşrlər, müsabiqə və s. informasiyalarla tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: