Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin yeni sayı işıq üzü görüb
16.06.2023 10:34
  • A-
  • A
  • A+

“Elm” qəzetinin yeni sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin dəvəti ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə dövlət səfərinə gəlməsinə dair məlumat yer alıb.

Bundan əlavə, akademik İsa Həbibbəylinin 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Akademiya əməkdaşlarına təbriki, AMEA prezidentinin Türkmənistanın Elmi Günü tədbirlərində, eləcə də “Dirçəliş. Başlanğıc” kitabının təqdimat mərasimində iştirakı, TÜBİTAK başqanı Hasan Mandalın AMEA rəhbərinə ünvanladığı təşəkkür məktubu, CASPISNET-in illik toplantısı, “Şərəf və iftixar hissi bəxş edən tarix”, “Silinməz tarixdən adı Heydərin”, “Heydər Əliyev siyasətindən bəhs edən monoqrafiya”, “Şərqşünaslıq İnstitutu Azərbaycan elminə mühüm töhfələr verir”, “Milli jurnalların “Web of Science” və ya “Scopus”a daxil olması Azərbaycan elminin dünya elminə inteqrasiyasının vacib əməllərindəndir” sərlövhəli məqalələr, yeni nəşrlər və s. informasiyalarla tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: