Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.10.2023 15:45
  • A-
  • A
  • A+

Kosmik hava durumu və proqnozu açıqlanıb

Kosmik hava durumu və proqnozu açıqlanıb

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş fəallığı orta səviyyədə olmuşdur. Maksimal sinifli alışma 3452 regionundakı M 2.3 sinifli alışma olmuşdur. Alışmalar nəticəsində II tip radioemissiya, həmçinin qismən Yerə istiqamətlənmiş bir neçə Tac Kütlə Atılması (TKA) qeydə alınmışdır. Günəş ləkələrinin sayı azalaraq 6 ləkə qrupunda 92 ləkə müşahidə olunur. Yerə istiqamətlənmiş Tac dəlikləri qeyd olunmur.

Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə (maks: 276 pfu), 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur. 

Hesabat dövründə Günəş küləyinin sürəti azalaraq, maksimal sürət 548 km/san qeydə alınmışdır. Planetlərarası maqnit sahəsinin qiyməti Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə 13 oktyabrda 24 nT, radial istiqamətdə isə -11 nT kimi artsa da, geomaqnit qasırğası baş verməmişdir. Hal-hazırda Günəş küləyinin sürəti 347 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti  3.07 nT, radial istiqamətdə isə   -0.46 nT təşkil edir.

Hesabat dövrü ərzində geomaqnit sahəsi qeyri-sabit və sakit səviyyələrdə olmuşdur. Geomaqnit qasırğası baş verməmişdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (16 - 22 oktyabr) C sinif alışmanın baş verməsi ehtimalı 80%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 20%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin 18 oktyabrda yüksəlməsi ehtimalı var.  10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır.

Günəş küləyinin müsbət qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə 17-18 oktyabrda artacağı gözlənilir.

Geomaqnit sahəsinin də müsbət qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsirilə 17-18 oktyabrda qeyri-sabit olacağı gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: