Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti sayı çap olunub
20.10.2023 11:35
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti sayı çap olunub

AMEA-nın Rəyasət Heyətinin 3 dildə fəaliyyət göstərən həftəlik mətbu orqanı olan “Elm” (“Наука”; “Science”) qəzetinin növbəti sayı işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltma və çıxış etməsi barədə məlumat yer alıb.

Bundan əlavə, akademik İsa Həbibbəylinin “Hər ili möhtəşəm olan iyirmi il”, Azərbaycan Elm Fondunun icraçı direktoru Mehriban İmanovanın “Azərbaycan elminin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması son 20 illik dövrdə həyata keçirilən islahatların bariz nümunəsidir”, AMEA Rəyasət Heyətinin elmi katibi “Lokal antiterror tədbirləri tam və qəti Qələbəni təmin etdi” sərlövhəli məqalələr, “Müstəqilliyin möhtəşəm 20 ili: uğurlar və çağırışlar” mövzusunda elmi konfrans, Türkiyə diplomatiyasının 500 illiyinə həsr olunmuş tədbir, AMEA ilə İqtisadiyyat Nazirliyinin nümayəndələri arasında elektron xidmətlər sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi, akademik Mahmud Kərimovun 75 illik yubileyinə həsr olunmuş tədbir və digər informasiyalarla tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: